Türkiyə ordusunun xüsusi təyinatlı dəstəsi Afrində müdhiş qisas əməliyyatına girib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda Türkiyə silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar Afrinlə sərhəddə əməliyyata birbaşa nəzarət edir:
"Komandoslar sübh tezdən Afrinin "Ömər Uşağı" və "Mahal Uşağı" deyilən iki bölgəsində dünən şəhid edilən türk əsgərlərinin qisas əməliyyatına başlayıblar. Çox sürətli əməliyyatla hər iki bölgədə müxtəlif silahlarla silahlanmış 380 nəfərlik PYD/PKK terrorçuları tam mühasirəyə alınıb. Onların bölgədən çıxma və əlavə dəstək alma imkanları tamam ilə qapadılıb.
Mühasirədə addım-addım sıxışdırılan PYD-çi terroristlər komandoslar tərəfindən məhv edilir.
Hələlik 86 terrorçu öldürülüb, axşama kimi mühasirədəki 380 terrorçunun da zərərsizləşdiriləcəyi gözlənilir".
Son məlumata görə, artıq Afrinin qərbindəki Hacı İsgəndər kəndi də PYD/PKK-dan təmizlənib.
Strateq.az