ABŞ Suriyada PYD/YPG terrorçularını bombardman edib. Nəticədə 300-dən çox PYD/YPG üzvü öldürülüb.
Strateq.az xarici mediaya istinadən xəbər verir ki, bombardman PYD/YPG-nin işğalında olan Suriyanın neftlə zəngin Deyrizor şəhərində baş verib.
ABŞ bu gün axşam saatlarına Deyrizorda həyata keçirdiyi əməliyyat zamanı YPG/PYD/PKK-nın toplanış bazasını vurub:
ABŞ-ın müttəfiq kimi baxdığı PYD-ni vurmasının səbəbi F-16-lara verilmiş yanlış koordinatlar səbəb olub. Sensasion əməliyyat nəticəsində azı 300 nəfər terrorçu öldürülüb, xeyli yaralı var".
Onu da bildirək ki, Deyrzorda ABŞ-ın dəstəyi ilə YPG-nin nəzarətinə keçdikdən sonra Əsəd rejimi, Rusiya və İran bu şəhər uğrunda açıq və gizli şəkildə döyüşürlər: "Çünki bu şəhər Suriyada ən böyük neft qaynağıdır. Təsadüfi deyil ki, rəsmi Moskva dəfələrlə məhz bu şəhəri nəzərdə tutaraq "ABŞ Suriyanın iqtisadi qaynaqlarını işğal edir" bəyanatları verir".
Strateq.az