XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 14:41

ABŞ kəşfiyyatı:"YPG/PYD muxtar dövlət yaratmaq istəyir, ancaq 3 dövlət ciddi dirənəcək"

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Koutsun ölkə Senatının Kəşfiyyat Məsələləri Komitəsinin dinləmələrinə təqdim  etdiyi ənənəvi illik hesabatında daha bir maraqlı fakt üzə çıxıb.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, kəşfiyyat rəhbərinin hesabatında PKK və onun Suriya qolu olan YPG/PYD qüvvələri haqda da gizli məlumat açılıb.

Hesabatın Suriya ilə bağlı hissəsində "PKK-nın Suriyadakı polis gücü olan YPG/PYD böyük ehtimalla muxtar dövlət yaratmaq üçün ciddi cəhdləri göstərəcək" fikiri qeyd olunub. 

Əlavə olunub ki, bu plana qarşı üç dövlət tərəfindən ciddi müqavimət olacaq: "PYD/YPG-nin bu planına qarşı Türkiyə, Rusiya və İran güclü dirəniş göstərəcək".

Strateq.az