"Yunanıstan öz suveren hüquqlarına kiminsə meydan oxumasına icazə verməyəcək".
Bu sözləri Yunanıstanın Baş naziri Aleksis Çipras Egey dənizindəki son gərginliyə münasibət bildirərkən deyib:
“Bu gün, sabah və hər zaman mesajımız açıqdır. Yunanıstan quruda və sudakı bütövlüyünü hər zaman qoruyacaq və təhdidlərə göz yummayacaq. Yunanıstan oyun oynanılacaq ölkə deyil”/Teleqraf.com
Qeyd edək ki, 4 gündür Egedəki Kardak adası ətrafında Türkiyə və Yunanıstan arasında gərginlik yaranıb. Hər iki tərəf bölgəyə əlavə hərbi qüvvə göndərib. Türkiyə isə Kardak qayalıqlarına yaxın adada hərbi müşahidə məntəqəsi və yeni qüllə inşa etməyə başlayıb.
Strateq.az