ABŞ Dövlət katibi Reks Tillerson Livanda dünya diplomatiya tarixində görünməyən rüsvayçı vəziyyətlə üzləşib.
Strateq.az xəbər verir ki, Tillerson planlanan məkana gəlsə də, Livannin xarici işlər naziri Gerban Bassil nə onu qarşılayıb, nə də zamanında görüşə gəlib: "Bu azmış kimi, Livan prezidenti Mişel Aun da görüşə gecikib. Tillerson isə bu müddətdə boş otaqda, özü də kiçik stolda tək gözlədilib. Diqqətçəkən məqamlardan biri də odur ki, Tillersonun gözlədildiyi otaqda ABŞ bayrağı da olmayıb. Bütün bunlar diplomatik etiketlərə ziddidr".
Maraqlı budur ki, Tillerson Livanda üzləşdiyi bu pərtliyi hiss etdirməməyə çalışıb.
O, Livan Prezident Sarayındakı ziyarətçi kitabına belə yazıb: "İsti qarşılama və faydalı görüşlər üçün təşəkkür edirəm. ABŞ müstəqil və demokratik Livanın yanındadır".