XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

18 Fevral 2018 - 12:19

ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının ad və vəzifələri açıqlandı – SİYAHI


Xəbər verdiyimiz kimi, ABŞ rəsmiləri Rusiyanın 13 vətəndaşına və 3 hüquqi şəxsinə qarşı 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxilə ilə bağlı rəsmi ittiham irəli sürüb.

Onların arasında əslən azərbaycanlı, Ceyhun Aslanov adlı şəxs də var. Adı çəkilənlərin hamısı ictimaiyyətdə “Putinin aşpazı” olaraq tanınan Yevgeni Priqojinin rəhbərlik etdiyi “İnternet araşdırmaları agentliyi” adlı təşkilatın, daha doğrusu, Rusiya kəşfiyyatının bir qolunun əməkdaşlarıdır.

Strateq.az musavat.com -a istinadən həmin adamların adlarını təqdim edir:

Bıstrov Mixail İvanoviç: “İnternet araşdırmaları agentliyi”ndə (bundan sonra Agentlik-red.) baş direktor vəzifəsini tutub. Bundan başqa o, agentliyin həqiqi fəaliyyətini gizlətmək üçün istifadə etdiyi müxtəlif firmalara da rəhbərlik edib. Bunlardan biri də maliyyə nazirliyinin sanksiyasına düşən “Qlavset” açıq səhmdar cəmiyyətidir.

Priqojin Yevgeni Viktoroviç: Bu adam “Konkord”  şirkətinə nəzarət edib, habelə agentliyin bütün əməliyyatlarına maliyyə dəstəyi verib. Beynəlxalq ictimaiyyət onu Rusiya prezidentinin yaxın ətrafına daxil olan şəxs kimi tanıyır.

Burçik Leonid Mixailoviç: 2013-cü ilin oktyabrında agentlikdə çalışmağa başlayıb. 2014-cü ildən etibarən Burçik təşkilat içində 2-ci önəmli vəzifə sayılan icraçı dirketor vəzifəsini tutub və əməliyyatların planlanmasında mühüm rol  oynayıb.

Krılova Aleksandra Yuriyevna: Krılova da agentliyə 2013-cü ildən gəlib. 2014-cü ilin aprel ayından sonra təşkilatın direktorlarından biri və iyerarxiyada 3-cü şəxs olub. 2014-cü ildə o, saxta kimliklə ABŞ-a səyahət edərək təşkilat üçün gərəkli məlumatları toplayıb.

Polozov Sergey Pavloviç: Polozov 2014-cü ilin aprelindən 2016-cı ilin oktyabrına qədər agentlikdə çalışıb. O, təşkilat daxilində texniki dəstək bölməsinin əməkdaşı olub. Bundan başqa Sergey Polozov Agentliyin öz fəaliyyətini gizlətmək məqsədilə bir sıra ABŞ serverlərinin alınmasında rol oynayıb.

Boqaçova Anna Vladislavovna: Agentlikdə 2014-cü ilin aprel-iyun aylarından fəaliyyət göstərib. O da məlumatlar toplamaq üçün ABŞ ərazisinə gələn kəşfiyyatçıların sırasındadır.

Bovda Mariya Anatoliyevna: Agentlikdə oktyabr 2013-noyabr 2014-cü illər aralığında işləyib. Bovda tərcüməçilər bölməsinə rəhbərlik edib.

Bovda Robert Sergeyeviç: Tərcüməçilər bölməsində rəis müavini vəzifəsini tutub. Yalançı kimliklə ABŞ-a getmək istəsə də ABŞ səfirliyi ona viza verməyib.

Aslanov Ceyhun Nəsimi oğlu: ABŞ rəsmi sənədlərində onun tərcüməçilər bölməsində çalışdığı, habelə 2016-cı il seçkilərində müdaxilə olunması ilə bağlı bir çox əməliyyatların kurasiyasını həyata keçirdiyini yazılıb. Bundan başqa Aslanov Priqojinin Agentliyi maliyyələşdirməkdə vasitəçi olan “Konkord” holdinqin daxilindəki “Azimut” şirkətinin direktoru vəzifəsinə gətirlib.

Podkopayev Vadim Vladimiroviç: 2014-cü ilin iyununda Agentliyin əməkdaşına çevrilib. O, tərcüməçilər bölməsində analitik vəzifəsini tutub. Habelə ABŞ-dakı siyasi vəziyyətin monitorinqi və sosial şəbəkələr üçün uyğun mövzuların tapılması ilə məşğul olub.

Vasilçenko Qleb İqoreviç: Yevgeni Priqojinlə 2014-2016-cı illər arasında işləməyə başlayıb. O, Agentlik tərəfindən sosial şəbəkələrdə yaradılan çoxsaylı akkauntlar üçün xəbərlərin dərc olunmasına cavabdehlik daşıyıb.

Kaverzina İrina Viktorovna: 2014-cü ilin oktyabrından Agentliyin tərcüməçisi kimi işləyib. O, həmçinin yalançı ABŞ vətəndaşlarının adından prezident seçkiləri ilə bağlı minlərlə xəbərin yayılması ilə məşğul olub.

Vladimir Venkov: 2015-ci ildə Agentlikdə tərcüməçi olub. O da guya ABŞ vətəndaşlarına aid yalançı akkauntların adından informasiyaların yayılmasına nəzarət edib.