XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2018 - 19:00

“Türkiyəyə düşmənlik edənləri əzib keçərik” –Ərdoğandan sərt açıqlamalar

Türkiyə prezidenti Ərdoğan lideri olduğu AKP-nin Ankara toplantısında terror qruplaşmalarına qarşı aparılan mübarizə haqda çıxış edib, dünyaya yeni mesajlar verib.

Strateq.az xəbər verir ki, "İŞİD-lə savaşı qazanan tək ölkə Türkiyədir" deyən Ərdoğanın sözlərinə görə, hazırda  PKK da, İŞİD də, PYD-də dəfn edilir: "Biz bu savaşa başlayanda nə dedik? Dedik ki, bunları qazdıqları çuxurlara basdıracağıq. Basdırdıqmı, basdırdıq. Basdırmağa da davam edəcəyik. Bu terrorçular ya onlar əl uzadanların yanına qaçıb gedəcək, ya da əllərində olan silahları buraxıb, üstlərini də betonlayacaqlar".

Ərdoğan deyib ki, Türkiyəyə dostluq göstərənlərə ürəkləri də, qolları da açıqdır: "Ancaq bizə düşmənlik göstərənlərin kimliyinə baxmadan Allahın yardımı, millətimizin cəsarəti, dostlarımızın duası ilə əzib keçərik. Bu heç də zarafat deyil".

ABŞ-ın sabiq prezidenti Obamanın dövründə də dəfələrlə aldadıldıqlarını təkrar edən Ərdoğan ABŞ-a dolayı mesaj da verib: "Kim nə deyirsə, desin. Heç bu qarmaqarışıq fikir söyləyənlərə də baxmayın. Bəziləri durub deyir ki, "Türkiyənin diplomatik fəaliyyəti məhdudlaşdırıldı". Yoxdur, belə şey. Tam əksinə, əgər masada ölkəmiz yoxsa, bölgəmizlə bağlı heç bir məsələdə qərar verilməsi mümkün deyil".

Mia.az