XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 14:14

Suriya Dövlət Televiziyası:"Əsəd Afrindəki 52 strateji mövqeyə ordu yeridəcək"

Suriya Dövlət Televiziyası Əsəd rejiminin PYD/YPG terrorçuları ilə anlaşdığını və anlaşma səbəbi ilə  Afrinə girməyə hazırlaşdığını rəsmən təsdiq edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi telekanalın məlumatına görə, Əsəd rejimi PYD/YPG-nin nəzarətində olan Afrinin 52 kritik mövqeyinə ordu yeridəcək: "Artıq Afrindəki YPG/PYD qüvvələri razılıq əldə edilib. Sabah bu 52 strateji mövqelərdən 4-nə Suriyanın rəsmi ordusu yeridiləcək və orada təhlükəsizlik qorunacaq. Bundan başqa, "Xalq qüvvələri" adlanan rejim dəstəkçilərindən ibarət silahlı qruplar da Afrində Türkiyəyə qarşı vuruşacaqlar".

Xatırladaq ki, PYD/YPG Afrində 70-dən çox mövqeyi itirəndən və 1500-dək canlı itki verəndən sonra Əsədə "Gəlin, Afrini türklərdən qoruyun" başlığı ilə minnətçi düşüblər. İki gün davam edən danışıqlardan sonra terrorçularla Əsəd rejimi arasında razılıq əldə olunub. İddiaya görə, Əsəd terrorçularla bir neçə maddədən ibarət şərt irəli sürüb. Həmin şərtlərin ilki isə "Silahlarınızı bizə təslim edin" olduğu deyilir. Ancaq bunun nə dərəcə doğru olduğu hələlik rəsmən təsdiqlənməyib. 

Strateq.az