Əsəd rejiminə bağlı olan ordunun PYD/YPG terror qruplaşmasına dəstək üçün Afrinə girəcəyi xəbərinin təsdiqlənməsindən sonra rəsmi Ankaradan çox sərt təpki gəlib.
Strateq.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İoardaniyada həmkarı Ayman Al Safadi ilə birgə mətbuat konfransında Əsədə çox sərt xəbərdarlıq edib:
"Bu xəbərləri mən də bu sabah oxudum. Biz biz başından bəri konkret bir şey deyirik. Bizim "Zeytun budağı" əməliyyatımızın hədəfi bəllidir: terrorçuları yox etmək. "Fərat qalxanı" ilə İŞİD-i təmizlədik. Afrin bölgəsində Türkiyəyə təhdid olan YPG-ni təmizləmək üçün əməliyyat başlatdıq. Suriyanın ərazi bütövlüyü məsələsində dəfələrlə sözümüzü bəyan etmişik. Biz Suriyanın bölünməsini deyil, bütövlüyünü istəyirik. Əsəd rejimi Afrinə girərmi, girməzmi? Girərsə nə üçün girər? Rejim buraya PKK-nı, YPG-ni təmizləmək üçün girərsə, problem yoxdur. Yox, əgər YPG-ni qorumaq üçün girərlərsə, bizi, Türk əsgərini kimsə durdura bilməz. Bu, Afrin üçün də, Menbiç üçün də, Fərat çayının şərqi üçün də geçərlidir".
Strateq.az