Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə bu gün səhər Afrində daha 5 kənd PYD və YPG terrorçularından təmizləyib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da azad edilən yaşayış məntəqələrinin sayı 75-ə çatıb: "Afrin bölgə mərkəzinə gedən strateji yüksəkliklərin çoxu da terrorçulardan azad edilib. Hazırda PYD/YPG-dən azad edilən yeraltı tunellərinin minalardan təmizlənməsi prosesi ilə yanaşı, müxtəlif cinahlardan əməliyyat planlandığı formada davam edir".
Onu da qeyd edək ki, Afrində 360-a yaxın yaşayış məntəqəsi var.
Strateq.az