XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 16:44

Ziya Məmmədov jurnalisti ittiham etdi:"Nə evim, nə də həyətim yanıb..."

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.

Strateq.az xəbər verir ki, Z. Məmmədov Sfera.az-a açıqlamasında deyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır: Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil".

Ziya Məmmədov daha sonra xəbərin necə yayılmasına belə cavab verib: "Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.