XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 23:55

Rəsmi Moskvadan Afrinlə bağlı mühüm mesaj:"Türkiyənin narahatlığını və kürdlərin arzusunu anlayırıq..."

"Amerikanın Fərat çayının şərqində oynadığı oyun terrorçuların Afrində təxribatlara əl atmasına, bu da öz növbəsində, Türkiyənin o bölgəyə girməsinə səbəb oldu".

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Pakistanlı həmkarı Məhəmməd Asiflə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə öz təhlükəsizlik maraqlarını qorumaq istəyirsə, o zaman Dəməşq rejimi ilə birbaşa dialoq qurmalıdır: "Türkiyənin narahatlığını və kürdlərin arzusunu anlayırıq. Bunun üçün Astanada Rusiya, Türkiyə və İran prezidentləri səviyyəsində müşavirələr keçiririk. Bizi narahat edən əsas məsələ, kənar qüvvələrin öz geostrateji məqsədlərinə çatması üçün kürd xalqının arzularından sui-istifadə etməsidir. Halbuki bu cür davranışların kürdlərin maraqlarına xidmət etmir".

Teleqraf.com