XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 12:34

 “Afrinə doğru hərəkətdə olan istənilən hədəfi vurun!” –Türkiyə hərbçilərinə əmr verildi

 “Afrinə doğru hərəkətdə olan istənilən hədəfi vurun!”.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Afrinə yaxınlaşmaq istəyən Bəşşar Əsəd tərəfdarı olan silahlıların qarşısının alınması barədə əmrində vurğulanıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına əsasən, “Zeytun budağı” əməliyyatı nəticəsində Afrində 91 mövqe, o cümlədən 63 kənd, 6 kəndətrafı ərazi və strateji 20 dağ, yaxud təpə PKK/PYD/YPG və İŞİD terrorçularından təmizlənib.

Məlumata görə, Bəşşar Əsədə bağlı silahlıların terrorçu YPG ilə anlaşaraq Afrinə girəcəkləri barədə xəbər yayılmışdı. Ancaq baş verənlər bunun reallaşmayacağını göstərir.

Xatırladaq ki, fevralın 21-də “Reuters” və BBC Bəşşar Əsədə bağlı 500 silahlı qrupun Afrinə girməsi barədə məlumat yaymışdı. Türkiyə rəsmiləri isə bildirib ki, Afrinə yaxınlaşmaq istəyən 40-50 avtomobildən ibarət silahlıların karvanını top atəşi ilə geri qaytarıb/Report.