XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 13:09

Əhmədinejad Xaməneiyə məktub yazdı, yeni tələblər irəli sürdü:"Ədalət məsələsində geri qalmışıq...”

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədə keçiriləcək seçkilər üçün azadlığın təmin olunmasını istəyib.

O, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə ünvanladığı məktubunda vurğulayıb.

İslam Respublikasının 6-cı prezidenti məktubunda həmçinin İranın ali rəhbərindən prezident, parlament və məhkəmə sisteminin yenilənməsini istəyib.

O, məhkəmə sistemində dəyişiklik edilməsi, ötən illərdə tutulan etirazçıların sərbəst buraxılması, bütün cinayət işlərinin azalmasının vacibliyini bildirib.

“Ədalət məsələsində geri qalmışıq”, – deyən keçmiş prezident müraciətində siyasi islahatların aparılması üçün bazanın hazılanmasını da qeyd edib.

Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İranın prezidenti olub/Report.