XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2018 - 22:36

Hollandiyadan Türkiyəyə qarşı addım –Parlament qondarma "erməni soyqırımı"nı tanıdı

Hollandiya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qərar qəbul edib.

Türkiyənin "Doğan" agentliyi xəbər verir ki, ölkə parlamenti 1915-ci il hadisələrini "soyqırımı" kimi qəbul edib.

Qeyd edək ki, Hollandiya parlamentinin aşağı palatası fevralın 16-da “erməni soyqırımı” ilə bağlı 2 qətnamə qəbul edib.

Birinci qətnamədə “erməni soyqırımı”nın tanınması, ikincində isə Hollandiya Xarici İşlər nazirinin apreldə “soyqırımı” ildönümdə İrəvana səfəri nəzərdə tutulub/Teleqraf.com.