XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2018 - 14:14

Rusiya “Kabus qırıcılar”ını ilk dəfə Suriyaya göndərdi:"Gerçək savaşda sınaqdan keçiriləcək" + VİDEO

Rusiya "Kabus qırıcı" kimi tanınan 5-ci nəsil Su-57 bombardmançı təyyarəsini ilk dəfə Suriyaya göndərib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu addımı ABŞ-a cavab olaraq atıb.

Nazirlik Rusiya mətbuatına faktı təsdiq edib. Bildirib ki, Su-57 "Kabus qırıcıları" ilk dəfə Suriyadakı Xmeymim Hava Bazasına enib: "Su-57-lərin Suriya hava məkanına daxil olması ABŞ-ın F-22 Raptor və F-35 Lightning kimi "Kabus təyyarələr"inin bu ölkədə gerçəkləşdirdiyi uçuşlara bir cavabdır. Eyni zamanda, bu təyyarələri gerçək savaşda sınaqdan keçirilməsi də hədəflənib".

Bu arada isə Rusiyanın "Eksport Voorujenie" hərbi jurnalının baş redaktoru Andrey Frolov faktla bağlı açıqlamasında Moskvanın bütün yeni silahlarını Suriyada həqiqi savaşda test etdiyini deyib: "Həm silahlar sınaqdan çıxarılır, yoxlanılır, həm də yeni silahlar dünya bazarına reklam olunur".