Afrində Azad Suriya Ordusu YPG-PKK terrorçularına aid düşərgəni ələ keçirib.
Strateq.az Axar.az-a istinadən xəbər verir ki, Suriyanın Şeran bölgəsinin Öməranlı kəndi yaxınlığında ASO ilə terrorçular arasında qızğın döyüş baş verib.
Döyüşün nəticəsi olaraq ASO terrorçuları məhv edərək, YPG-PKK düşərgəsini təmizləyib.
Düşərgə ərazisində Abdullah Öcalanın qaya üzərinə vurulmuş təsviri məhv edilib. Ərazidən terror qruplaşmasına aid silah-sursat və çoxlu sayda sənədlər ələ keçirilib.