XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 14:37

“Xocalıda qətliam törədənləri bir daha lənətləyirəm” –Türkiyənin baş nazirindən dünyaya mesaj

Xocalıda qətliam törədənləri bir daha lənətləyirəm”.

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki farksiyasının genişləndirlmiş toplantısında bildirib.

O xatırladıb ki, fevralın 26-da Xocalı qətliamının 26-cı ildönümü tamam olub: "Orada yüzlərlə azərbaycanlı bacı-qardaşımız qətlə yetirilib.Təəssüf ki, dünya, o cümlədən Qərb ikili standartdan əl çəkmir. Hollandiya parlamentində 1915-c i illə bağlı qəbul edilən qərar buna nümunə ola bilər. Əvvəlcə öz tarixlərinə baxsınlar. Tarixdə ən pis dosye bu məsələdə Türkiyəyə qarşı iddia irəli edənlərə aiddir. Bizim tariximizdə müstəmləkə, qətliam yoxdur. Türkiyənin şanlı keçmişini kimsə öz dövlətinin qaranlıq tarixi ilə qarışdırmasın. 1990-cı illərdə Bosniya-Hersoqovinada da baş verənlər yaddaşlardan silinməyib”.

Report