Çexiyada saxlanılan PYD terror qruplaşmasının liderlərindən Saleh Müslüm bu gün Praqa şəhər Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, elə ilk iclasda azad olunan PYD lideri artıq istədyi ölkəyə rahat gedə bilər.
Məhkəmənin bu qərarı isə rəsmi Ankaranın ciddi narazılığına səbəb olub.
Türkiyənin Çexiyadakı səfiri Ahmet Necati Bigalı bildirib ki, bu qərar iki dövlət arasındakı münasibətləri poza bilər: “Türkiyədə bir çox terror aktlarının törədilməsində iştirak etmiş Salih Müslümün belə sərbəst buraxılmasını məyusluqla qarışılayırıq. Bu, hüququn təhqir olunmasıdır".
Qeyd edək ki, prezident Ərdoğan səviyyəsində Türkiyə onun Ankaraya təhvil verilməsini tələb edirdi.
Strateq.az