XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 16:43

Prezident əsas məqsədi açıqladı:"Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır..."

“Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır”.

Bunu Prezident İlham Əliyev “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə müəssisələrinin açılış mərasimində deyib.

“Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir”, – deyə, dövlət başçısı əlavə edib.

O bildirib ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub: “İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun”.

Report