XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 19:55

FTX-nin həbs etmək istədiyi nazir ölkədən qaçdı –Rusiyada sensasion hadisə

İbrahim Qazıbəyovun evində və rəhbərlik etdiyi nazirlikdə Federal Təhlükəsizlik Xidməti tərəfindən axtarış aparılıb. 

"İnterfaks" xəbər verir ki, ancaq Rusiyanın Dağıstan Respublikasının memarlıq və mənzil-kommunal təsərrüfat naziri vəzifəsini müvəqqəti icra edən bu şəxsi nə yaşayış, nə də iş yerində tapmayıblar.

İ.Qazıbəyovun artıq ölkəni tərk etdiyi və hazırda Ukrayna ərazisində olduğu bildirilir. 

Qeyd edək ki, İ.Qazıbəyov Dağıstan Respublikasının sabiq baş naziri, hazırda həbsdə olan Abdusamad Həmidovla əlbir olaraq insanların qəzalı vəziyyətdəki mənzillərdən köçürülməsi prosesində ünvanlı proqramların icrası zamanı qiymətləri şişirtməkdə şübhəli sayılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır/Report.