XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 15:16

Milli Şuranın birgə mitinq təklifinə cavab gəldi –Müsavat razıdır, REAL isə tərəddüd edir

Milli Şura birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat partiyasına və REAL hərəkatına müraciət edib. Müraciəti Milli Şuranın sədri Cəmil Həsənli özünün feysbuk səhifəsində yayıb. 

Müraciətdə deyilir: "Bilirsiniz ki, Azərbaycan hakimiyyətinin növbədənkənar seçki məzhəkəsi ilə bağlı Milli Şura boykot qərarı vermişdi. Qərarı zəruri edən səbəb ölkədə seçki mühitinin olmaması, mətbuatın susdurulması, siyasi repressiyaların davam etməsi, ölkədə 160 nəfər ətrafında siyasi məhbusların olması, İlham Əliyevin qəfil seçki sərəncamı və növbəti prezident seçkilərinin vaxtının heç bir zərurət olmadan 6 ay önə çəkilməsi və sair ilə bağlı idi. Milli Şura belə seçki oyununda iştirakı rədd etdi, hakimiyyətin seçki məzhəkəsini ifşa edəcəyini, başlandığı andan qeyri-legitim məzmun daşıyan saxta seçkilərin nəticələrini tanımayacağn, ölkə konstitusiyası və qanunları çərçivəsində bu saxtakarlığa qarşı mübarizə aparacağın bəyan etdi.

Təqdirəlayiq haldır ki, az sonra Müsavat partiyası, REAL hərəkatı və bir sıra digər ictimai-siyasi qurumlar da seçkilərə qatılmamaq və onun nəticələrini tanımamaq haqqında qərarlar qəbul etdilər. Milli Şura mühüm bir siyasi məsələyə münasibətdə müxalifət düşərgəsində yaranmış mövqelərin yaxınlığını yüksək qiymətləndirir.

Milli Şuranın Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkilərə qarşı kütləvi aksiyaların keçirilməsin zəruri hesab edir və birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat partiyasına və Respublikaçı Alternativ (REAL) hərəkatına müraciət edir. Milli Şura belə hesab edir ki, seçkini boykot edən, hakimiyyətin seçki oyununda iştirak etməyən, onun nəticələrini tanımayan bütün siyasi qüvvələrin və ictimai hərəkatların birgə ümumxalq aksiyası xalqın saxta seçki oyununa qarşı müqavimətinin ifadə olunmasında mühüm addım olacaqdır".

Qeyd edək ki, Cəmil Həsənlinin müraciətinə artıq Müsavat partiyasından və REAL-dan ilk, ancaq fərqli reaksiyalar gəlib. Məsələn, Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı "Turan"a deyib: "Milli Şuranın müraciətinə müsbət cavab veriləcək”.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli isə "Report"a açıqlamasında “Mitinqlər vasitəsilə qısa zaman ərzində dəyişikliyə nail olunmasını mümkünsüz sayıram” deyib. 

Eyni zamanda o bildirib ki, prezident seçkiləri öncəsi mitinqlərin keçirilməsi hökumətə arqument verəcək: “Bu mitinqlər sərbəst toplaşmaq hüququnun tam təmin olunduğu görüntüsünü yaradacaq. Yəni, bunun bir çox mənfi cəhətləri var. Bu, mənim şəxsi fikrimdir. Real Hərəkatında qərarlar kollektiv şəkildə verilir. Milli Şuranın birgə mitinqlərin keçirilməsi ilə bağlı təklifini müzakirə edəcəyik. Müzakirələr zamanı məsələnin mənfi və ya müsbət tərəfləri, mövcud təhlükələr müzakirə olunacaq. Real Hərəkatının İdarə Heyətinin qərarı İlqar Məmmədova da göndərilməlidir. O həbsdə olduğu üçün operativ qərar qəbul edə bilmirik”.

N.Cəfərli deyib ki, mitinqlə bağlı Real Hərəkatının qərarı bu həftənin sonuna qədər açıqlanacaq.