XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 00:53

Putin hədələdi:“Rusiya terrorçuların Dəməşqi atəşə tutmasına sonsuza qədər dözməyəcək”

“Rusiya terrorçuların Dəməşqi atəşə tutmasına sonsuza qədər dözməyəcək”.

“RİA-Novosti”  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avstriyanın kansleri Sebastyan Kurtsla danışıqlardan sonra bildirib.

Ölkə liderinin sözlərinə görə, terrorçular hər gün Suriya paytaxtına 50-80 raket zərbəsi endirirlər.

“Şərq Qutada olan döyüşçülər hər gün Dəməşqə zərbələr vururlar. Həmçinin, terrorçular atdığı raketlər Rusiya səfirliyi və ticarət nümayəndəliyinin ərazisinə düşür. Buna sonsuza qədər dözmək olarmı? Əlbəttə ki, xeyr”, – dövlət başçısı deyib.

Qeyd edək ki, Şərqi Quta hazırda Suriyada terrorçuların son qalalarından biri olaraq qalır/Publika.az.