XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 11:18

Türkiyə prezidenti Afrikadan Avropaya mesaj verdi:"Əjdahanı yaralı buraxmayacaqsan..."

Türkiyə prezidenti Ərdoğan Afrika səfərində bir qrup jurnalistə açıqlamalar verib.

Strateq.az xəbər verir ki, o, Afrindəki əməliyyatlarla bağlı danışıb. Açıqlamasında o, həm terrorçulara, həm də Qərb dövlətlərinə mesaj verib: 

"Orada qarşımıza kim çıxarsa, onların qarşısında olacağıq.  Bunun üçün çox araşdırma, dəqiqləşdirmə aparmaq niyyətində deyilik. Kim çıxarsa, gərəyini göstərəcəyik. Bundan birilərinin rahatsız olub-olmamasına baxmayacağıq. Bunun üçün kimsədən icazə almayacağıq. Bütün hallarda bu məsələ bitəcək. Əjdahanı yaralı buraxmayacaqsan".

Ərdoğan bildirib ki, Afrində PYD-nin bütün yeraltı tünelleri ələ keçirilib: "O tunellərdən hansı ölkələrin məhsulları çıxdı? Bütün bunlar ortadaykən Qərb bizdən nəyin hesabını soruşur? 

Artıq çətin hədəflər təmizlənib. Bundan sonra işimiz daha asan olacaq. Türkiyə əvvəlki Türkiyə deyil.  F-16-larımız, SİHA-larımız, tank, top və quru qoşunlarımızın hamısı gerçəkdən tarix yazırlar…".

Strateq.az