XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

05 Mart 2018 - 00:28

Rəsmi Pekindən ABŞ-a sərt xəbərdarlıq:"Oturub gözləmək fikirimiz yoxdur, cavabımız olacaq"

ABŞ prezidenti Donald Trampın dəmir və alüminium idxalına gömrük və vergi rüsumunu artıracağı haqda verdiyi bəyanat rəsmi Pekin tərəfindən sərt cavabla qarşılanıb.

Strateq.az xarici mətbuata istiandən xəbər verir ki, bununla bağlı Çinin xarici işlər nazirinin müavini Zanq Yesui ölkə parlamenti qarşısında çıxış edib. O, Trampın qərarının rəsmiləşəcəyi təqdirdə, rəsmi Pekinin seyçi mövqe tutmayacağını açıqlayıb.

Nazir bildirib ki, ABŞ-la "ticarət savaşı" istəmirlər, ancaq qərar Çinin maraqlarına toxunarsa, bunu da cavabsız buraxmayacaqlar: "Əgər ABŞ Trampın bəyanatını rəsmi olaraq həyata keçirərsə və bu, bizim mənfəətlərimizə toxunarsa, o zaman oturub gözləməyəcəyik. Təkrar edirəm, bizim oturub olanları izləmək fikirimiz yoxdur. Cavabımız olacaq".

Xatırladaq ki, Tramp dəmir üçün 25%, alüminium məmulatları üçünsə 10% həcmində rüsumları qaldıracaqlarını bəyan edib.

Strateq.az