XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2018 - 12:20

Bəşər Əsəd Afrinə ordu göndərdiyini etiraf etdi:"Bunu normal qarşılamaq lazımdır"

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin əməliyyat keçirdiyi Afrinə hərbi qüvvələr göndərdiklərini etiraf edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Bəşər Əsəd Afrinə son günlər gedən hərbi qrupların rejimə bağlı olan dəstələr olduğunu açıqlayıb.

O bildirib ki, rejimə bağlı olan "Xalq ordusu"nun Afrinə girməsini olduqca normal qarşılamaq lazımdır: "Xaricilərin ölkəmizə təhdidinin davam etdiyi bir ərəfədə bütün hərbi dəstələr birlik içində olub, bir hərəkət etməyə məcburdur. Suriyadakı bütün hərbi dəstələrin bir olması çox vacibdir".

Xatırladaq ki, rəsmi Ankara dəfələrlə Əsəd ordusu və ona bağlı olan dəstələrə xəbərdarlıq edib: "Əgər Əsəd rejimi YPG-yə dəstək üçün Afrinə girirsə, ordumuzun qarşısında kimsə dura bilməz".

Bundan sonra Suriya rejiminə bağlı olan 40-a yaxın texnika ilə Afrinə girmək istəyən hərbi birlik xəbərdarlıq atəşindən sonra geri çəkilmişdi. Görünür, onlar gizli yollarla Afrinə girməyi bacarıblar…

Strateq.az