XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2018 - 16:26

Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı –MSK-da iclas

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha 3 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Strateq.az xəbər verir ki, iclasda namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hər üç deputatın prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.