XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

08 Mart 2018 - 13:10

“Sərkisyanın bu hərəkəti çox ciddi və təhlükəli nəticələrə gətirib çıxaracaq” –Erməni politoloq

"Ermənistanda ilk dəfədir ki, prezident heç bir müqavimətə rast gəlmədən ölkə prezidenti seçilir".

Bunu "1in.am" saytına müsahibəsində erməni politoloq Stepan Qriqoryan söyləyib.

"Ermənistanda konstitusiya elə dəyişdirildi ki, ikinci namizədin irəli sürülməsi üçün heç bir imkan yaranmadı. Nəticədə rəqabət imkanları itdi. Bu, çox ciddi və təhlükəli nəticələrə gətirib çıxaracaq. Bizə Brejnev dövrünün durğunluğu yenidən qayıdır. Ən böyük təhlükə ölkədə konstitusiyaya əməl edilməməsi deyil, ən böyük təhlükə siyasi plüralizmin itməsidir. Bu isə bütün siyasi proseslərin sonu deməkdir. Aydındır ki, Serj Sərkisyan Ermənistanda müxtəlif vasitələrlə birpartiyalı sistem yaradır" – deyə o, bildirib/Axar.az.