XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2018 - 15:16

Türk ordusu mühasirədə saxladığı bölgəni, nəhayət, ələ keçirdi –Afrin əməliyyatı

Bu gün Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə Afrində daha bir bölgə mərkəzini PYD/YPG terrorçularından azad edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir həftəyə yaxındır mühasirədə saxlanılan və Türkiyə ilə həmsərhəd ərazidə yerləşən Cinderes şəhər mərkəzi PYD/YPG-dən tamamilə təmizlənib: "Artıq  Türk ordusu şəhərə girib, şiddətli döğüşlərdən sonra bu bölgə də Türkiyə ordusunun tam nəzarətinə keçdi".

Məlumata görə, hazırda bölgə ətrafında və şəhərdə kiçik məhəllələrdə gizlənən terrorçulara qarşı şiddətli döyüş gedir.