XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

08 Mart 2018 - 22:26

“YPG/PYD Afrindəki nüfuzlu əşirət liderlərini girov götürüb…” –Əsəd terrorçulara kömək göndərir

Afrində hər keçən gün mövqelərini sürətlə itirən YPG/PYD terrorçuları şəhər mərkəzinə doğru geri çəkilərək orda yeni müdafiə qurğuları tikir. Bununla bərabər, şəhərin mülkü əhalisini də canlı qalxan kimi Türkiyənin hücumuna hazırlayır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, YPG/PYD Türkiyəni dəstəkləyən kürd əşirət liderləri, onların ailələrini, eyni zamanda, şəhərin digər nüfuzlu ailələrini ya həbs edib, ya da evlərindən bayıra çıxmağa imkan vermir: "Terroristlər şəhərin bütün çıxış və girişlərinə nəzarəti artırıb. Onlar Türkiyənin gözlənilən əməliyyatından qorunmaq üçün mülkü əhalinin heç bir halda şəhərdən çıxmasına imkan vermir. Afrindəki bütün nüfuzlu əşirət liderləri və onların ailələrini də girov götürüblər. Hansı ki, o əşirətlər Türkiyənin hücumunu dəstəkləyirlər".

Məlumata görə, mülkü əhalini girov almaqla yetinməyən terrorçular digər bölgələrdəki terrorçuları da Afrinə toplayır.

Xəbərə görə, bui məsələdə YPG-yə ən böyük dəstəyi Suriya prezidenti Bəşər Əsəd verir: "Göndərilən terror qrupları Türkiyə ordusunun diqqətindən yayınmaq üçün silahlı maşınlar və hərbi geyimlərlə deyil, mülkü geyimlərlə Əsəd rejiminin nəzarətində olan Hələbdən Afrinə daxil olurlar. Son bir həftədə Əsədə bağlı olan "Xalq ordusu" Afrinə xeyli silahlı dəstə göndərib. Onlar mərkəzdə Türkiyə ordusuna qarşı məhəllə döyüşünə ciddi hazırlıq görürlər".

O da bildirilir ki, Türk ordusunun inamlı irəliləyişi Afrindəki bütün terrorçuları böyük təşvişə salıb: "Onlar əmindirlər ki, Türkiyənin qarşısında dura bilməyəcək. Yeganə ümidləri odur ki, mülkü əhalini önə verməklə türklərin hücumundan qoruna bilərlər".

Onu da qeyd edək ki, Türkiyə ordusu artıq Afrinin 7 km-nə çatıb. Yaxın günlərdə ordunun mərkəzə doğru əməliyyata başlayacağı gözlənilir.

Strateq.az