XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 Mart 2018 - 19:03

“İran Dağlıq Qarabağdakı banklar üzərindən əməliyyatlar aparır, “Hizbullah”a pul ötürür”- ABŞ rəsmiləri

Ermənistanın İran və böyük ölçüdə Rusiya ilə strateji yaxınlaşması Qərbin Yaxın Şərq regionundakı maraqlarını təhdid edir. Belə ki, Ermənistanın sayəsində Rusiya və İran ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalardan yayınmaq imkanları qazanıb.

Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Bartonun “The Daily Caller” nəşrində dərc edilmiş məqaləsində bildirilir.

Eks-konqresmen yazır ki, Rusiya və İran Ermənistanın iki əsas müttəfiqləridir. İran Ermənistanla dəmir yol əlaqəsi yaratmağa çalışır, Ermənistan regionda İran qazının ən iri istifadəçisidir. 2014-cü ilin mayında İranla Ermənistan arasında gündəlik aviareyslər artırılıb.

“Situasiya daha da təhlükəlidir. Ermənistan Qərbi əmin edib ki, onun bank sektoru ciddi nəzarət altındadır və İran erməni bankları üzərindən pulların yuyulmasını həyata keçirə bilməz. Lakin ABŞ rəsmi şəxslərinin sözlərinə görə, İranın Ermənistan tərəfdən işğal edilmiş Dağlıq Qarabağdakı erməni banklarına sərbəst çıxışı var, oradan İran vəsaitləri özünün nüvə və raket proqramlarının genişləndirilməsi, habelə Yaxın Şərqdəki terrorçu təşkilatların maliyyələşdirilməsi üçün istifadə edə bilər”-Dan Barton bildirir.