Türkiyəyə məxsus təyyarə İranda qəzaya uğrayıb.
Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, Çaharməhəl və Bəxtiyari vilayətində qəzaya uğramış "Başaran" şirkətinə məxsus şəxsi hava gəmisi dağa çırpılıb.
Qəzada 8-i sərnişin olmaqla, 11 nəfər ölüb.
İranın rəsmi orqanları təyyarənin BƏƏ-dəki Şərca şəhərindən İstanbula istiqamət aldığını bildirib.
Hazırda qəza yerində xilasedicilər çalışır.