XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

15 Mart 2018 - 10:56

“Ermənistan Qarabağ və ətraf 7 rayonu işğal edib, bu status-kvo qəbuledilməzdir” –İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Ermənistana xəbərdarlıq edib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, Prezident çıxışı zamanı Xocalı qətliamının azərbaycanlılara qarşı törədilmiş soyqırım olduğunu deyib.

“Azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb. İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan 20 ildən artıqdır BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Avropa Şurası və digər beynəlxalq qurumlar da müvafiq qərarlar qəbul edib. Ermənistan isə işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Lakin status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər. Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır. Münaqişə yalnız BMT qətnamələrinə, Helsinki Yekun Bəyannaməsinə uyğun həll edilməlidir".