XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2018 - 12:59

“Moskvada heç bir “Artsax” nümayəndəliyi yoxdur” –Zaxarova

"KİV-lərdə qondarma "DQR" nümayəndəsi kimi təqdim olunan Albert Andriyan Rusiya XİN-də Ermənistanın Moskvadakı səfirliyinin müşaviri kimi qeydə alınıb."

Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin Moskvada nümayəndəliyinin yaradılması barədə Azərbaycan KİV-nin sorğusunu şərh edərkən bildirib.

"Moskvada heç bir "Artsax" nümayəndəliyi yoxdur", – M.Zaxarova deyib.

Onun sözlərinə görə, sözügedən yazılarda adı çəkilən Albert Andriyan Ermənistanın Rusiyadakı səfirliyində müşavirdir.

"O, hər halda Rusiya Xarici İşlər Nazirliyində bu cür akkreditə olunub", – XİN nümayəndəsi vurğulayıb.