XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2018 - 14:25

“Britaniyanın Rusiyadakı bütün diplomatları qovulacaq, özü də mütləq” –Lavrovdan bəyanat

"Britaniyanın rus diplomatlarını ölkədən çıxarması cavabsız qalmayacaq".

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, İngiltərə hökumətinə xəbərdarlıq edərək, bildirib ki, Moskva da eyni addımı mütləq atacaq: "Biz Britaniyanın addımlarını cavabsız buraxmaq niyyətində deyilik. Onların Rusiyadakı bütün diplomatları qovulacaq. Özü də mütləq”.

Xatırladaq ki, rus casusu Sergey Skripalla qızının Britaniyada zəhərlənməsindən sonra rəsmi London Rusiyaya qarşı radikal qərarlar qəbul edib. Belə ki, Britaniya ikitərəfli əlaqələri dayandırıb, üstəlik, Britaniyada olan  23 rus diplomata ölkəni tərk etmək üçün bir həftə vaxt verilib.

Strateq.az