XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

15 Mart 2018 - 18:37

Britaniyanın müdafiə naziri:"Rusiya kənara çəkilməli və səsini kəsməlidir”

"London Moskvanın diplomatların göndərilməsinə reaksiyasını gözləyir".

Bu sözləri Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson deyib.

“Rusiyanın qərarımıza necə cavab verəcəyini gördükdən sonra nə edəcəyimizə baxacağıq. Rusiyanın Solsberidə etdiyi həddən artıq qəddar və çirkin bir akt idi. Biz ona cavab verdik. Açıq desək, Rusiya kənara çəkilməli və səsini kəsməlidir”, – nazir bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə nazirin bu çıxışının Londonun gizlətməli nəyisə olduğundan xəbər verdiyini bildirib.

“Ərazisində kimyəvi-zəhərli maddələrin istifadəsi şərtlərini gizlədən və Kimyəvi Silahların Qadağan edilməsi haqqında Konvensiyanın tələblərini pozaraq, mövcud məlumatları bölüşmək istəməyən bir ölkənin müdafiə naziri başqa nə deyə bilərdi? Londonun gizlətdiyi nəsə var”, – Zaxarova bildirib/Axar.az.