Böyük Britaniyadan deportasiya edilən Səudiyyə şahzadəsi Bəndər bin Xalid bin Abdulaziz ölkəsinə dönməmək üçün həyatına son verib. O, Londonda hava limanında hamının gözü qarşısında intihar edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, martın 12-də miqrasiya xidməti əməkdaşlarının müşaiyyəti ilə London Hava Limanına gətirilən şahzadə qəfildən özünü aeroportdakı balkondan atıb.
Bu yerdə qeyd edək ki, bu hadisədən 4 gün əvvəl, yəni martın 8-də Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman İngiltərədə səfərdə olub. O, səfər zamanı baş nazir Tereza Mey və Kraliça II Elizavetlə bir araya gəlib. Görüş zamanı iki ölkə arasında gələcək illərdə xarici ticarət və investisiyanın 90 milyard dollara çatdırılması haqda razılıq əldə olunub.
Maraqlıdır ki, kralın varisinin Britaniyadan dönüşündən 4 gün sonra Səudiyyənin digər şahzadəsi Bəndər bin Xalid bin Abdulazizin deportasiya qərarı çıxıb və o, buna etiraz olaraq həyatına son verib.
Onu da qeyd edək ki, intihar edən şahzadə hazırda Səudiyyəni rəsmən idarə edən şahzadə Məhəmməd bin Salmanla düşmən münasibətdə olub.
Strateq.az