XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

16 Mart 2018 - 23:10

Əhmədinejad Suriyada döyüşən generaldan kömək istədi:"Böyük bir zülmə qarşı birgə hərəkət etməliyik"

İranın sabiq prezidenti Mahmud Əhmədinejad keçmiş köməkçisi Həmid Bakayinin həbs edilməsi ilə barışmaq niyyətində deyil.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, o, keçmiş köməkçisinin həbsdən azad edilməsi üçün SEPAH-ın "Qüds gücü" bölməsinin komandiri, Suriya əməliyyatlarından dünya mediasına daha yaxşı tanınan general Qasım Süleymaniyə açıq müraciət edib.

Sabiq prezident müraciətində generaldan bu olaya müdaxilə etməsini istəyib: "Əslində, Bakayi mənimlə sənin aranda olan işgüzar münasibətlər bəhanəsi ilə siyasi məqsədlər naminə cəzalandırılıb. Biz o üzdən böyük bir zülmə qarşı birgə hərəkət etməliyik".

Xatırladaq ki, Bakayi korrupsiyada ittiham olunub. O, bu həftənin 2-ci günü 15 il həbs və 80 qırmanc cəzasına məhkum edilib. Həmin vaxtı Mahmud Əhmədinejad dərhal açıqlama yayaraq, "Korrupsiya ilə məşğul olanlar əsas məhkəmə hakimləridir" deyə keçmiş köməkçisinin həbsinə sərt etiraz etmişdi.

Strateq.az