XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Mart 2018 - 11:54

Türk ordusu Afrin şəhərini tam ələ keçirdi:PYD-nin dirəniş simvolu olan heykəli də yıxıldı - VİDEO+ FOTOLAR

Türkiyə ordusu Azad Suriya Ordusu (ASO) ilə Afrin şəhər mərkəzini də PYD/YPG-dən təmizləyib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki,  bu gün səhərdən etibarən, daha bir istiqamətdən ASO Afrin şəhər mərkəzinə doğru əməliyyata başlayıb. Belə ki, ASO üzvləri Afrin şəhərinin cənub-şərq istiqamətindən məhələlərə daxil olub: "Bu istiqamətdə gedən şiddətli küçə döyüşlərindən sonra şəhərə nəzarət tam ələ keçirilib. Bu istiqamətdə həyata keçirilən əməliyyatda Türkiyə ordusu havadan ASO-ya dəstək verib. Hazırda şəhərin bəzi nöqtələrində PYD üzvləri türk ordusunda dirənməyə çalışır, ara-sıra atışma səsləri eşidilir.  Ancaq Afrinin mərkəzi bütövlükdə Türkiyə ordusunun nəzarəti altına alındı".

Məlumata görə, ASO üzvləri artıq qələbə atəşləri açaraq, bayram etməyə başlayıblar. Onlar, eyni zamanda, şəhərin mərkəzində olan PKK/PYD/YPG-nin dirəniş simvolu sayılan Kava heykəlini də yıxıblar: "Bununla bərabər, türk komandolar ilə xüsusi təyinatlıları Afrin mərkəzindəki bütün küçələrdə yoxlama-nəzarət əməliyyatı həyata keçirirlər".

Onu da qeyd edək ki, Türkiyə Afrinin mərkəzindən dinc sakinlərin çıxması üçün 2 km-lik dəhliz saxlamışdı. BMT-nin açıqladığı rəsmi məlumata görə, son bir neçə gün ərzində şəhəri 50 minə yaxın dinc sakin tərk edib.

Türkiyə prezidenti Ərdoğan isə dünənki son açıqlamasında Afrinin fəth edilməsinin an məsələsi olduğunu bəyan edib: "Buranı PYD/YPG terrorçularından təmizlədikdən sonra afrinlilər təhlükəsiz formada evlərinə dönəcəklər".

Strateq.az