XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Mart 2018 - 11:46

Putin səs verdi –Rusiyada prezident seçkisidir, orada da 8 namizəd iştirak edir

Rusiya prezidenti Vladimir Putin bu gün ölkədə keçirilən prezident seçkilərində səs verib.

Trend-in Rusiya KİV-lərinə istinadla verdiyi xəbərə görə, dövlət başçısı adət üzrə Moskvanın Lenin prospektində, Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı seçki məntəqəsinə gəlib.

Xatırladaq ki, martın 18-də Rusiya Federasiyasında prezident seçkiləri keçirilir.

Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək davam edəcək.

Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi açılıb, onlardan 400-dən artıqı xaricdədir.

Səsverməni 109 ölkədən 1500-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezident seçkilərində 8 namizəd iştirak edir.