XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Mart 2018 - 23:41

“Seçki saxtalaşdırıldı, artıq hər şey aydındır, bu seçkilər ədalətli olmadı…” –Putinin kommunist rəqibindən etiraz

Rusiya prezidentliyinə namizəd Pavel Qrudinin seçkilərin saxtalaşdırıldığını bildirib.

Seçicilərin 35 faizinin səsi elan olunduqdan sonra Kommunist Partiyasının namizədi Qrudinin ilk açıqlamasını verib.

“Artıq hər şey aydındır, bu seçkilər ədalətli olmadı… Aydındır, səslərin sayılması və ümumiyyətlə, seçki prosesi ədalətli deyildi, amma biz səsləri son dəfə hesablayandan sonra lazım olan qərarı verəcəyik”, – KP qərargahında brifinq keçirən Qrudinin bildirib/Axar.az.

Qeyd edək ki, bülletenlərin 35 faizinin nəticəsinə görə, Putin 73,73%, Qrudinin 14,42%, Jirinovski 6,6%, Sobçak 1,4% səs toplayıb.