Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Afrinin mərkəzinin ələ keçməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Nazir Tvitterdə "Sizdən maşa kimi istifadə edənlərə inandınız, nəticəsi nə oldu?" yazaraq, həm PKK-ya, həm də onun havadarlarına ismarış göndərib.
Çavuşoğlu həmçinin Afrinə Türkiyə bayrağının sancılması ilə bağlı görüntüləri də paylaşıb/Axar.az.