XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2018 - 14:42

“Məsələ Rusiya xalqında yox, Kreml və Putin hakimiyyətindədir…” –Britaniya XİN-dən ağır ittiham

"Sergey Skripalın zəhərlənməsində əsas günahkar nə Rusiya əhalisi, nə də Rusiyadır".

Bunu "Doyçe Velle" radiosuna müsahibəsində Britaniya Xarici İşlər naziri Boris Conson deyib.

"Bizim Rusiya ilə heç bir mübahisəmiz yoxdur. Bilirsiniz ki, mən Rusiyanı necə sevirəm və əcdadlarım bu ölkədəndir. Məsələ Rusiyada yox, Kremldə və Rusiya hakimiyyətindədir. İstifadə edilən vasitəyə baxsanız, onun "Noviçok" zəhəri olduğunu görərsiniz. Bunu "Porton Daun" laboratoriyasındakı ekspertlərimiz müəyyən ediblər.

Digər tərəfdən, Vladimir Putin özü deyib ki, Skripal xaindir və onu zəhərləmək lazımdır. "Noviçok" isə yalnız Rusiyada hazırlanır. Aleksandr Litvinenko məsələsində poloniumun izlərinin bizi necə Rusiyaya apardığını gördük. Yekun olaraq Rusiya dövlətinin addımlarına görə məsuliyyəti Vladimir Putin daşıyır və o, bu məsuliyyətdən yaxasını qurtara bilməz", – deyə o, bildirib/Axar.az.