XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2018 - 18:06

BMT Türkiyəyə qarşı 28 səhifədən ibarət xüsusi hesabat hazırladı –Ankaradan sərt cavab

BMT fövqəladə vəziyyətlə bağlı Türkiyə hökumətinə müraciət edib.

Bununla bağlı BMT 28 səhifədən ibarət xüsusi hesabat hazırlayıb.

Hesabatda Ankara hökumətinə Türkiyədə fövqəladə vəziyyətə son qoyulması çağırışı ünvanlanıb.

BMT-nin Türkiyə ilə bağlı hesabatına Türkiyə Xarici İşlər Nazirliyinin cavabı gecikməyib.

Türkiyə XİN-dən yayılan bəyanatda BMT tərəfkeşlikdə ittiham edilib:

“BMT İnsan Haqları Ali Komissiyası bu gün Türkiyədə fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı hesabat hazırlayıb. BMT Türkiyənin qarşı-qarşıya qaldığı terror təhdidinə göz yumur. Bu isə qəbuledilməzdir. Biz bu vəziyyəti qınayırıq”.

Teleqraf.com