XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

20 Mart 2018 - 21:27

ABŞ prezidenti Novruz mesajında Tehranı yenə “vurdu”:"Bu gün İran xalqı ona meydan oxuyanlarla üz-üzə qalıb"

ABŞ Prezidenti Donald Tramp Novruz bayramı münasibətilə ünvanladığı təbrik mesajında İranı sərt tənqid edib.

 ABŞ prezidenti yazılı açıqlamasında Baharın gəlişini qeyd edən dünyadakı milyonlarla insanın Novruzunu təbrik etdiyini qeyd edib.

Novruzun mənşəyinin İrana söykəndiyini vurğulayan Tramp İran hakimiyyəti və İran İnqilabı Keşikçiləri Ordusuna qarşı ciddi ittiham səsləndirib: “Bu gün İran xalqı ona meydan oxuyanlarla üz-üzə qalıb. 2 min 500 il əvvəl kral Darius Tanrıdan İran xalqını üç şeydən – düşmən ordular, quraqlıq və yalandan qorumağı istəmişdi. Bu gün İran İnqilabı Keşikçiləri Ordusu üçünü də təmsil edir”.

Teleqraf.com