XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

22 Mart 2018 - 12:03

Türk ordusu İraqa doğru hərəkətlənir –Kod adı "Dəclə qalxanı" olan əməliyyat başlayır

İraqın şimalında Sincar şəhərində PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (SQ) hazırladığı yeni hərbi əmliyyatın "Dəclə qalxanı" adlanacağı bildirilib.

Bu barədə hərbi mənbələrə istinadən Türkiyə mətbuatı xəbər yayıb.

Məlumata görə, hazırda Türkiyə SQ bu əməliyyata hazırlıq işləri aparır.

Hərbi əməliyyatın başlanacağı vaxt barədə dəqiq məlumat verilmir.

Qeyd edək ki, daha öncə ölkə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin PKK terror təşkilatına qarşı mübarizə məqsədilə İraqın Sincar şəhərinə daxil ola biləcəyi barədə bəyan etmişdi/Trend.