XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Mart 2018 - 22:58

TRAMP ÇİNƏ RƏSMƏN SAVAŞ AÇDI –Pekinlə ticarətə əlavə vergi tətbiq edildi, sərmayələrə isə...

ABŞ prezidenti Donald Tramp Çinə qarşı ticarət savaşını rəsmən başlatdı.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Tramp bu gün Çinə qarşı milyardlarla dollarla hesablanan əlavə vergi tətbiqini nəzərdə tutan gömrük sənədini imzalayıb. Bununla da yalnız Çindən Amerikaya daxil olan bütün məhsullardan əlavə rüsum tutulacaq.  

Məlumata görə, ABŞ prezidenti Çinlə ticarətdə təkcə əlavə gömrük rüsumunun tətbiqi ilə kifayətlənməyib. O, eyni zamanda, Çinlə  bağlı bütün sərmayə layihələrinə məhdudiyyət yaradan qanunu da təsdiq edib.

ABŞ mətbuatının iddiasına görə, bu qadağalarla rəsmi Vaşinqton yüksək elektronik texnoloji sistemlərini, o cümlədən mobil teknoloji sahələrini qorumaq istəyir.

Məlumata görə, bu sənədin imzalanmasından sonra Çindən gətirilən məhsullara tətbiq olunacaq əlavə vergi və gömrük rüsumlarının həcmi 50 milyard dolları aşacaq.

Strateq.az