Fransada terrorçu Trebes şəhərində supermarketə hücum edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD üzvü olan terrorçu marketdə insanları atəşə tutub, daha sonra 7 nəfəri girov götürüb.
Fransa polisindən verilən məlumata görə, terrorçu son anda girovları buraxıb: "Polisin apardığı proflaktik tədbirlərdən sonra terrorçu girov alınan 7 nəfəri buraxılıb. Hadisə zamanı terrorçu 2 nəfər öldürüb, 12 nəfəri isə yaralayıb. Bu, terrordur. Hazırda şəhərdə fövqəladə vəziyyət elan olunub".