XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 Mart 2018 - 14:33

Türkiyə Ordusu irəliləyir- Afrində son 5 yaşayış məntəqəsini azad edilir

Türkiyə Silahlı Qüvvələri (SQ) Afrin bölgəsində son 5 yaşayış məntəqəsində "Zeytun budağı" əməliyyatını davam etdirir.

Trend-in məlumatına görə, bunu Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar deyib.

O bildirib ki, bu gün əməliyyat çərçivəsində Türkiyə Ordusu "Azad Suriya Ordusu" ilə birgə Afrində son yaşayış məntəqələrini azad edir.

Qeyd edək ki, martın 18-də Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.