XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

25 Mart 2018 - 12:09

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir- Bakıda veloyürüş keçirilib (FOTOLAR)

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir.

Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Trend-in DTX-nin saytına istinadən verdiyi məlumata görə, peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.

Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd olunmalıdır ki, DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq, 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilmişdir.